“Gözəllik və sağlamlıq üçün kifayət qədər su içmək lazımdır. Lakin çox isti maye zərərli ola bilər”.

araz.az  xəbər verir ki, bu bunu aif.ru-ya diyetoloq-nutrisioloq İrina Mənsurova bildirib.
Mənsurova izah edib ki, zərurət olmadıqda 60 dərəcədən yuxarı qızdırılan su içmək olmaz:
“Qaynar suyu sevənlər qida borusunu və boğazını yandırmaq riski daşıyırlar. Bundan əlavə, çox isti su ilə bu həssas nahiyələrin davamlı travması xərçəng riskini artırır”.
Eyni zamanda diyetoloq bildirib ki, ilıq su – 40 dərəcəyə qədər – faydalıdır:
“Bədəndə su-duz balansını bərpa etməyə kömək edir. Həmçinin selikli qişalarda gərginliyi azaltmaq və bəlğəmin axıdılması prosesini yaxşılaşdırmaq üçün LOR orqanlarının xəstəlikləri zamanı ilıq su içmək məsləhət görürlür”.
Mansurovanın sözlərinə görə, ilıq su qan damarlarını genişləndirir ki, bu da qan dövranını yaxşılaşdırır.

araz.az xəbər portalı.