“İşğaldan azad edilmiş ərazilərdə 7 fevral prezident seçkilərinin keçirilməsi faktını həm də dünyaya verilən mesaj kimi qəbul edə bilərik. Prezidentliyə namizədlərin, onların nümayəndələrinin debatlarında Şərqi Zəngəzur və Qarabağ regionlarında yenidən məskunlaşdırma mövzularının, hətta Qərbi Azərbaycana qayıdış məsələsinin gündəmə gətirilməsi təqdir olunası haldır”.
araz.az Reyting.az-a istinadən xəbər verir ki, bunu secki-2024.az saytına açılamasında Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı deyib.
Onun sözlərinə görə, bu seçki yurd həsrəti ilə yaşayan soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması yönündə müzakirələrin qabardılması baxımından da unikal bir hadisədir.
Q. Çaxmaqlı xatırladıb ki, Azərbaycan Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü təmin edib: “İndi dövlətimizin qarşısında duran əsas vəzifə vaxtilə məcburi köçkünə çevrilmiş insanların öz yurdlarına qayıdışını təmin etməkdir. Amma Qarabağ zəfəri həm də yeni reallıqlar yaradıb. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın da haqları hansısa formada təmin edilməlidir. Bu istiqamətdə müzakirələrə start verilib. Bu kontekstdə yanaşsaq, yurd həsrəti ilə yaşayan insanlar 7 fevral seçkisinə taleyüklü hadisə kimi baxırlar”.
araz.az xəbər portalı.