ballistik_raket - копия_1517489040.jpg

Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib.

Türkiyə ordusu və ASO “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə Konqresdə çıxış edib.

Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Azərbaycan və Ermənistan sənədə prinsipial razılıq verdi – Moskva AÇIQLADI
Zaxarova Suriya münaqişəsinin nizamlanmasında uğurlu hesab olunan Moskva-Ankara-Tehran formatının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında oyanaya biləcəyi rola münasibət bildirib.

“Suriya və Dağlıq Qarabağ münaqişələri tamamilə ayrı mövzulardır. Hesab edirəm ki, bu münaqişələri bir-biri ilə qarışdırmaq cəhdi yersizdir”, – o bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa münaqişənin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının illik ziyafətində çıxışı zamanı deyib.

Makron nitqində qondarma erməni soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanın Makronu Dağlıq Qarabağı ziyarətə dəvət etməsinə isə prezident belə cavab verib:

“Fransanın kompromis tərəfdarı olduğu Dağlıq Qarabağ münaqişəsində status-kvo problemin həlli demək deyil. Ümid edirəm ki, bir gün sizə dönəcəm və Qarabağ münaqişəsinin həll olunduğunu söyləyəcəm”. Qaziler.az

 

araz.az xəbər portalı.