Ağsu rayon sakininin bahalı paltosu Bakıda şadlıq evinin paltarsaxlama bölməsində (qarderob) müəmmalı şəkildə itib. Bu barədə zərərçəkmişin özü məlumat verib.

araz.az-a müraciət edən Agsu rayon cakini Məlikov Maarif Mirələm oğlu bildirib ki, 22 dekabr 2023-cü il saat 18.00-da NZS qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karnaval Hall” şadlıq sarayında keçirilən məclis zamanı qiyməti təqribən 1000 manat dəyərində olan paltosunu “qarderob”a təhvil verib. Məclisdən çıxan zaman paltosunu götürmək istəyən vətəndaşa başqa, köhnə bir palto verilib. Buna etiraz edən vətəndaşa bildirilib ki, yaxın zamanda paltonuz tapılıb sizə təhvil veriləcək. Lakin hadisənin üstündən xeyli müddət keçdikdən sonra restoranla əlaqə saxlayan vətəndaşa deyiblər ki, artıq həmin restoran başqa adamlara kirayəyə verilib.

“Mədəni soyğunçuluq”la üzləşən Maarif Məlikov ona dəymiş ziyanın ödənilməsi üçün rəsmi şəkildə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirir.

araz.az xəbər portalı.