Rəsmi məlumata görə, Azərbaycanda erkən yaşda ana olan yeniyetmə qızların sayı artıb.
araz.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ildə 16 yaşadək ana olan yeniyetmələrin sayı 84 nəfər təşkil edib.
2022-ci ildə isə 16 yaşadək ana olanların sayı 120 nəfərə çatıb.
2021-ci ildə 341 yeniyetmə 16 yaşında, 1225 yeniyetmə isə 17 yaşında ana olub.
2022-ci ildə bu rəqəmlər bir qədər artıb. Belə ki, 386 yeniyetmə 16 yaşında, 1505 yeniyetmə isə 17 yaşında ana olub.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində 14-17 yaş yeniyetmə sayılır.
araz.az xəbər portalı.