araz.az Ayna.az-a istinadən bildirir ki, Göy-Göl Milli Parkı ərazisində yerləşən 19 irili-xırdalı göldən biri də Qaragöldür. Noyabr ayının əvvəlindən başlayaraq donan göl martın sonunda əriməyə başlayır.
Buranın ən gözəl mənzərəsi yay aylarında müşahidə olunur. Lakin qarlı qış Qaragölə xüsusi bir gözəllik qatır. Bir tərəfi Kəpəzin kölgəsində qalan su hövzəsinin yarı hissəsi qalın bz qatı ilə örtülü olur.
Daim gün düşən hissə isə buz olsa da, üzərində qar çox qalmadığından şəffaf rəngə çalır. Gölü müşahidə edərkən sanki payızdan qışa keçid mənzərəsi yaranır.
Dərinliyi 16 metrdən 24 metrə qədər olan bu gölün Qaragöl adlandırılması dörd bir tərəfdən meşə ilə əhatə olunması ilə əlaqəlidir. Gölə gedən yolun mənzərəsi də əsrarəngizdir. Bu gölə doğru meşələrin içərisindən Milli Parkın bələdçiləri tərəfindən yollanmaq olur. Əks halda yolu azmaq da mümkündür.
Göl bir tərəfindən nadir Eldar şamı meşəsi, digər tərəfdən isə qarışıq enli yarpaqlılarla əhatə olunub. Ətrafında çöl heyvanlarının ən çox məskunlaşdığı gölün suyu içməli, yəni şirin sudur. 3 hektara yaxın ərazisi ola Qaragöl dəniz səviyyəsindən 1630 metr yüksəklikdə yerləşir.
araz.az xəbər portalı.