40 yaşına qədər sağlamlığınıza çox əhəmiyyət vermədən keçirmiş ola bilərsiniz. Lakin nəzərə alsaq ki, 40-50 yaşlarında orqanizmdə bir çox dəyişikliklər baş verir və bəzi xəstəliklər aktivləşir, bu səbəbdən ildə 1 dəfə skrininqlər aparılmalıdır.
araz.az xəbər verir ki, skrininq testləri simptomları və anomaliyaları erkən mərhələdə aşkar etdiyindən effektiv müalicə şansını da artırır.
– Ürək sağlamlığı və diabet analizləri
Əgər ailə tarixçənizdə ürək xəstəliyi, insult, diabet və ya digər xəstəliklər varsa, ürək, qan təzyiqi, xolesterol və bədən kütlə indeksi üçün skrininq testləri verilməlidir.
– Prostat, ağciyər və uşaqlıq boynu xərçəngi
Qadın və kişilərin yaşlarından asılı olmayaraq xərçəng müayinəsindən keçmələri tövsiyə olunur. Ailə tarixçəsində prostat xərçəngi olan kişilər 45 yaşından etibarən skrininq testlərindən keçməlidirlər. Qadınlar 40 yaşdan saşlayaraq PAP test yaxma analizi və hər beş ildən bir HPV testi verməlidirlər.
araz.az xəbər portalı.