Qarabağ bölgələrində, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl və s. şəhərlərində çalışa biləcək, tikinti sektorunda işləmiş fəhlə heyəti axtarılır.
araz.az xəbər verir ki, bununla bağlı elan saytlarından birində məlumat yerləşdirilib.
Qeyd edilir ki, iş qrafiki səhər saat 9-dan, axşam saat 6-ya qədərdir.
“Səhər, nahar və şam yeməyi, həmçinin işçi forması, o cümlədən qalma yeri verilir. Həftənin bütün günü iş günü hesab olunur, ayın axırı şirkətin servis marşurutu ilə 1 həftə evə buraxılır. Günəmuzd işdir, hər gün ödəniş edilir. İlk ayı günə 40 manatdan hesablanır, növbəti aylarda artım nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, namizəd fəhlələr fiziki cəhətdən sağlam olmalıdır.
“Verilən tapşırıqları vaxtına icra etməlidir. Yaşı 20-40 arasında olmalıdır, 40-dan yuxarı olanlar, xahiş edirik, narahat etməyin. Əsas üstünlük verilir rayon qeydiyyatı olanlara, fərq etmir hansı rayon qeydiyyatı olduğu”, – deyə bildirilir.
Elanda müraciət üçün mobil nömrə və əlaqədar şəxsin adı qeyd olunub:
Səbinə xanım (070) 688-85-89
araz.az xəbər portalı.