Ayrı-ayrı fənləri sevdikləri və bildikləri qədər də, idmanda və rəsm aləmində xüsusi qabiliyyət, bacarıq nümayiş etdirən hər iki məktəbli qardaş, sevdikləri bu sahələrdə belə inamlı addımlar atırlar
Bu sərlövhələri də, bu yazımızda söhbətin nədən gedəcəyindən öncədən xəbər verir. Doğrudan da, qeyd etdiyimiz bu sahələrin adları şərəfinə Qarayev qardaşlarının göz önündə qazandıqları, hər ikisinin istedad, qabiliyyət və bacarıq sahibləri olduqlarının daha bir təsdiqidir. Üstəlik, lap kiçik yaşlarından onlardakı bu qabiliyyət göstəricilərini duyan, sonradan isə, əsl istedadlar kimi, bu övladlarının da, təkcə bir sahədə qabiliyyət və bacarıq sahibi olmadıqlarını bilən baba və atanın dedikləri və araz.az-ın əməkdaşları olaraq, özümüzün də, onların dedikləri ilə bağlı, dəfələrlə görüb, şahidi olduqlarımız, özümüzdə belə, tam əminlik yaradır ki, yüksək əxlaqları, olduqca yüksək səviyyədə oxumaları, məktəbdəki nümunəvi davranışları, böyük həvəs göstərdikləri idmanda qazandıqları və digər müsbət göstəriciləri bu azyaşlı məktəbli qardaşların gələcəklərinin perspektivli və daha parlaq olması ilə nəticələnəcək.
Yeri gəldi deyə, onu qeyd etmək istəyirik ki, bu balaca istedadların hər ikisi hər zaman hər yerdə, qazandıqları hər bir uğura görə, olduqca yüksək qiymətləndirdikləri valideyn və müəllim xidmətlərindən sonsuz həvəs və şirinlik dolu xüsusi bir razılıqla danışırlar. Valideyinləri ilə birgə, müəllimlərinin hamısına da, bərabər yüksək səviyyədə öz dərin minnətdarlıqlarını bildirirlər. Bu zaman, həm də ölkə başçısına ünvanladıqları razılıq dolu xüsusi minnətdarlıqları isə, bambaşqa bir tərzdə olur. Ölkə təhsilinin müasir standartlara uyğun hərtərəfli inkişafına və tərəqqisinə göstərdiyi xüsusi diqqətə görə, möhtərəm Prezidentə ürəkdən gələn ən ülvi, ən səmimi ifadələrlə dolu razılıq və minnətdarlıqlarını çatdırırlar. Ən maraqlısı odur ki, qardaşlar, Uca Yaradandan dövlət rəhbərinə bu istək və arzularını, baba və ataları kimi, yəni, yaşlı-başlı insanlar sayağı edirlər. Konkret desək, onların bu istək və arzularının ifadəsi hamını cəlb edəcək daha dolğun başqa bir tərzdə olur.
Yuxarıda qeyd olunanları, eləcə də, bundan sonra, bu yazıda digər qeyd edəcəklərimizi bizə, xüsusi bir fərəh və qürur hissi dolu ifadələrlə, çayxanalardakı olduqca maraqlı keçən çay süfrələrimizin arxasında bizimlə vaxtaşırı yoldaşlıq edərək, həmsöhbət olan bu azyaşlı istedadların əmisi Telman kişi Qarayev çatdırır. Nə vaxt ki, söhbəti nəvələrinin qürurverici uğurlarından salır, həmsöhbətimiz öncə xüsusi olaraq onu vurğulayır ki, ölkənin hər bir layiqli vətəndaşı tərəfindən atılan xoş təsirə malik hər bir uğurlu addımın arxasında, onun öz doğma xalqının və dövlətinin milli maraqlarının təminatına yaxından köməklik məsələsi durur: “Öncə onu demək istəyirəm ki, ölkənin digər öndə tutulan sahələrindəki kimi, təhsilinin və idmanının tərəqqisi və inkişaf etdirilməsi də, hər zaman dövlət xəttiylə həyata keçirilib. Bütün bunlar bir daha onu təsdiq edir ki, Ümummilli Liderimizin, eləcə də, onun layiqli davamçısı möhtərəm Prezidentimizin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasətinin əsasında ümumilli məsələlərimiz öz həllini tapıb. Bu da, ötən hər bir ildə, bütün sahələrdə yeni-yeni uğurların əldə olunmasına münbit şəraitli böyük imkanlar yaradıb. Məhz buna görədir ki, hal-hazırda Azərbaycan təhsili və idmanı özlərinin inkişaf mərhələsini yaşamaqdadırlar.
Ümumiyyətlə, belə bir tarixi dönəmdə hər bir ziyalının, hər bir elm və təhsil adamının, hər bir idmançının… ortaya qoyduğu iradə, məhz, bu kimi sahələrə qürurverici yeni-yeni stimullar bəxş etməkdədir. Bəli, ölkəmizdə digər sahələrlə bərabər, təhsil və idmanda da, ğöz önündəki yüksək səviyyəli inkişafın əldə olunması, bir çox uğurlu islahatların həyata keçirilməsi onu söyləməyə əsas verir ki, bütün bu uğurlar yaxın tariximizə birdəfəlik həkk olunacaq və yaddaşlardan da, heç zaman silinməyəcək.
Bu bir inkarolunmaz faktdır ki, ölkəmizdə həm təhsilin, həm də idmanın belə bir səviyyədə inkişafı, hətta, hər bir məktəb şagirdinə də, öz müsbətyönümlü təsirini göstərir. Bu da, onların hər cəhətdən daha yaxşı formalaşmalarına önəmli böyük imkanlar yaradır. Deyilənlərin tam olan inkarolunmaz təsdiqi isə, bu iki nəvəmin timsalında gözlərim önündədir”.
Xüsusi istedada malik 7-ci sinif şagirdi
Haqqında bəhs edəcəyimiz İsa Vidadi oğlu Qarayev də, yuxarıda deyilən xarakterləri, tam olaraq, özündə cəmləyən azyaşlı məktəbli şagirdlərdən biridir. O, 2011-ci ilin aprel ayının 18-də, yaz fəslinin gözəl bir günündə dünyaya göz açıb və onun bu işıqlı dünyaya gəlişi, sanki ailə üzvlərinin, bütün əzizlərinin hədsiz sevincıərinə səbəb olub. Hələ lap balaca ikən, yazmaq və oxumaq həvəskarı kimi ozünü göstərib, səliqəli və sakit davranışı ilə, əksər həmyaşıdlarından seçilməklə, fərqlənib. Elə, böyüyüb, məktəbə getmək arzusunu da, onda hamıya çatdırıb. Bu istəklərlə arzusuna çatıb — hal-hazırda, o, paytaxt Bakının Binəqədi rayonundakı 30 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir.
İsa məktəbə qədəm qoyduğu ilk günlərdən dərslərini yaxşı oxuyub, fəal, çalışqan və səliqəli bir şargird olması ilə, hər kəsin diqqətini cəlb edib. Bu yerdə, xüsusi olaraq onu da qeyd etməyi lazım bilirik ki, o, təkcə yaxşı oxuma, həmişə əlaçı olma, nümunəvi davranış, səliqə, əxlaq… göstəriciləri ilə deyil, eyni zamanda, idmana olan böyük həvəsi ilə də, həmyaşıdlarından fərqlənib. Yeri gəlmişkən, bildirmək istəyirik ki, hazırda 7-ci sinif şagirdi olan İsa Qarayev, 2018-ci ildən başlayaraq, cüdo idman növü ilə də məşğul olur. Bundan başqa, o, indiyə kimi, DİN-nin “Dinamo” İdman və “Olimpiya” Cüdo klublarında da, idmanla məşğuldur. Yaşına uyğun keçirilən İkiqat beynəlxalq turnirin, kempo döyüş növü üzrə 4-cü Avrasiya çempionatının cüdo versiyasının qalibi olmaqla bərabər, həm də, cüdo üzrə bir çox turnirlərin qalibi və mükafatçısıdır. Hətta, o, Ağdamda keçirilən “Universal” döyüş növünün, cüdo üzrə Azərbaycan çempionu adına da sahib çıxıb.
Bu yerdə, onu deməyi vacib bilirik ki, artıq, iki ildən çoxdur ki, İsa Qarayev rəssamlıq fəaliyyəti ilə də, sonsuz bir həvəslə məşğul olur. Bu səbəbdən, bu məktəblinin ərsəyə gətirdiyi əl işləri, bir-birindən gözəl alınır, düşündürücü və heyranedici təsirə malik olur. Çünki bu rəssamın əl işlərinin hər birində gələcəyə böyük ümid hissləri, Ana Təbiətə hədsiz sevgi duymaq mümkündür. Üstəlik, əsərlərinin bir çoxunda təsvirini tapan obrazların simasında Doğma Vətənə sonsuz məhəbbət anlamı açıq-aydın özünü büruzə verir.
Oxuduğu məktəbdən əldə etdiyimiz məlumatlara görə, 7-ci sinif şagirdi İsa Qarayev öz üzərində yorulmaq bilmədən çalışır. Eləcə də, özündə cəmləşdirdiyi istedad və potensialı daha yüksək səviyyədə inkişaf etdirmək üçün, önəmli istiqamətdən addımlar atır.
Bəli, Uca Yaradan sevimli bəndəsi İsa Qarayevə, həm də dərin mənalar dolu olduqca gözəl və cəlbedici rəsm əsərləri çəkmək qabiliyyəti bəxş edib. Asudə vaxtlarında isə, Böyük Allahımız, belə rəsm əsərləri çəkməklə bərabər, çox sevdiyi müxtəlif testlər etməyi, kitablar oxumağı, yaxın dostları ilə, fayda gətirəcək ünsiyyət qurmağı və əylənməyi də, onun nəsibi edib.
Elə, bu xüsusiyyətlərinə görədir ki, İsanın daha xoşbəxt gələcəyini görmək, övladlarını çox sevən ata-anası ilə bərabər, digər doğma-yaxınlarının da, ən böyük arzularıdır. Onlar, onun daha sağlam ruhda böyüməsi, savadlı olması, xalqını və dövlətini yüksək səviyyədə sevməsi üçün, hər cür çətinliyə sinə gərməyə hazır olduqlarını da deyirlər. İnanırıq ki, azyaşlı vaxtlarından atdığı nümunəvi addımları və bir çox digər müsbət xüsusiyyətləri ilə, özünü hər kəsə sevdirən İsa Qarayevin gələcəyi də, olduqca parlaq olacaq. Bütün qeyd etdiklərimiz də, onun, hələ uşaqkən öz qarşısına qoyduğu məqsədlərinə çatmasına, ləyaqətli Vətən oğlu olmasına, xalqını və dövlətini başqa tərzdə sevməsinə böyük stimullu imkanlar yaradacaq.
Bu yerdə, biz də, qələm əhli olaraq, bir daha tam əminliklə deyə bilərik ki, İsa Qarayevin məhz yüksək əxlaqı, yaxşı oxuması, nümunəvi davranışı, idmana olan böyük həvəsi və digər müsbət xüsusiyyət göstəriciləri, onun gələcəyinin daha perspektivli və parlaq olmasıyla nəticələnməsinə bir təkan olacaq, üstəlik, onun qarşısında daha işıqlı yollar açacaq.
Böyük arzu və amallarla yaşayan məktəbli
Yaşadığımız bu gözəl həyatın əhəmiyyət və mahiyyət ölçülü bütün göstəricilərini hərtərəfli öyrənməklə, bir daha tam olaraq, duyub, dərk etmək istədikdə, öncə nəzər-diqqətimizdə əsas olan iki dönəm canlanır: Yəni, düşüncəli belə bir halda, hər kəsin ilk təhsilini aldığı məktəb illəri və bundan sonrakı ömür yolunda bizi qarşılayan həyat məktəbinin keçdiyimiz ötən illəri yada düşür. Bir sözlə, məktəb həyatını başa vurduqdan sonra, insan üçün əsl həyat məktəbi başlayır. Və dərin məna dolu bu məktəbin, həm də özünəməxsus çalarlı saymaqla qurtarmayan anları olur.
İnsan üçün, qazanılacaq istənilən uğurun təməl əsasının məktəb illərindən qoyulduğu şübhəsizdir. Məktəb həyatında, xoş gələcəyi üçün, Ulu Tanrısından istəyib, arzuladıqlarının həllini tapması üçün, xüsusi bir həvəslə, yorulmadan çalışan, çox sevdiyi müəllimlərinin verdiyi tapşırıqları can-başla yüksək səviyyədə yerinə yetirən hər bir məktəbli, elə, ilk vaxtlarından atdığı inamlı addımları ilə də, demək olar ki, qarşısına qoyduğu uğura çatmış olur. Həm də, ona görə ki, bütün dərs prosesləri zamanı, müəllimləri şagirdlərinin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün, ortaya qoyduqları bütün bilik və bacarıqlarını onlara sərf edirlər. Beləcə, şagirdlər müəllimlərindən öyrənməli olduqlarını öyrənir, illəri yola verib, yaşa dolduqca, daha da kamilləşirlər. O halda, kim deyə bilər ki, həmin məktəblinin gələcək həyatı parlaq olmayacaq?!
İndi azyaşlı olsa da, elə, indidən böyük arzu və amallarla yaşayan, böyüyəndə ya tanınmış ziyalı, ya da peşəkar idmançı olmağı qarşısına əsas məqsəd qoyan Hüseyn Qarayev də, qardaşı İsa kimi, insana xas tərifəlayiq əksər xüsusiyyətləri öz xarakterində cəmləşdirib. O, həm buna, həm də məktəb həyatında atdığı nümunəvi addımlarına, yaxşı oxumasına, güclü Vətən sevgisiylə seçilməsinə, bir də ki, idmana olan böyük həvəsinə görə, doğma məktəbin tanınan şagirdlərindən birinə çevrilib.
Qeyd edək ki, bu istedadlı qabiliyyət və fərasət sahibi 2014-cü ilin may ayının 31-də bu işıqlı dünyaya göz açıb. Hal-hazırda paytaxtın Binəqədi rayonundakı 246 saylı məktəb-liseyin 4-cü sinif şagirdidir. Sadə, mülayim təbiətli zəhmətkeş bir ailədə dünyaya gəlib, böyüdüyünə görədir ki, Hüseyn Qarayev olduqca tərbiyəli, ağıllı, səliqəli şagird olmaqdan başqa, həm də, seçilən əlaçı şagirdlərdən birinə çevrilib. Onunla həmsöhbət olarkən də, onun necə həssas olmasına birbaşa şahidlik edirsən.
Bu yerdə, onu da qeyd etməyi lazım bilirik ki, Hüseyn Qarayev həmişə özünü yaşından böyük, yetkin bir şagird kimi göstərib. Oxuduğu bu təhsil ocağına qədəm qoyduğu ilk gündən müəllim və şagird kollektivlərinin sevimlisinə çevrilib, hörmət-rəğbət qazanıb. Bunu təkcə bizim yazdığımız kimi qəbul etməyin, çünki bu yazdığımızı da, həmin kollektivlərdəki hər kəsin onun barəsində şirinlik dolu bir xoşluqla dediklərindən götürmüşük. Üstəlik, onu qeyd etməyi lazım bilmişik ki, onlar, söhbətlərimiz zamanı, hər dəfə, bu dediklərinə bunu da əlavə edirlər: “Hüseyn Qarayev dərslərini gündən-günə daha yaxşı oxuması üçün, yorulmaq bilmədən çalışması ilə seçilib həmişə. Ən əsası odur ki, o, ayrıseçkiliyə yol vermədən, bütün fənləri, gündən-günə artan xüsusi bir həvəslə, daha yüksək səviyyədə oxuyur, əlaçılarımız arasında ən yaxşı əlaçı olması üçün, daim yorulmaq bilmədən çalışır. O, indiyədək keçirilən siniflərarası tədbirlərin əksəriyyətinin ən fəal iştirakçılarından biri kimi də, özünü göstərir. Onun arzu və istəklərini dəstəkləyən valideyinləri ilə bərabər, digər doğma-yaxınları da, hər zaman ona dəstək verən arxa-dayaqları olurlar”.
Bu yerdə, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, bu deyilənləri, araz.az-ın kollektiv üzvlərinin yaxın dostu olan əmisi Telman kişi, bizimlə söhbət zamanı, öz dedikləriylə təsdiqləyib həmişə. Onun bu dediklərinin təsdiqi isə, dəfələrlə, bizə də məlum olub. Konkret desək, ata-anasının qardaşı İsa kimi, Hüseynin təlim-tərbiyəsinin, təhsilinin də, daha yaxşı səviyyədə olması və ən yüksək göstəricilərə cavab verməsi üçün, onun gündəlik qayğılarına xüsusi həvəsli yorulmaz bir maraq göstərməkdən rahatlıq tapdıqlarını, öz simalarında əks olunan xoş ovqat cizgiləri ilə, açıq-aydın biruzə veriblər. Uca Yaradandan istək və arzuları isə, həmişə bu olub ki, bu övladlarının millətinə və xalqına qırılmaz tellərlə bağlı sonsuz Vətən sevgisiylə böyümələri üçün, Böyük Allahımız öz kömək əlinin müqəddəslik hərarətini onların başı üzərindən heç vaxt çəkməsin.
Doğrudan da, bu dünyaya göz açdıqdan sonra, sağlam ruhda hər bir valideyn övladının böyüməsi, onun gələcək xoşbəxtliyinə maneəsiz yol açan əsas amillərin ən başlıcasıdır. Qardaşı İsa kimi, Hüseyn də, bu xoşbəxtliyə artıq nail olub. Özü də, yüksək səviyyəli ailə tərbiyəsi və məktəb təhsili hesabına! Elə, bunlara görədir ki, təhsil aldığı məktəb-liseydə yüksək səviyyədə oxuması və ən yaxşı əlaçı şagird adına sahib çıxması ilə ad çıxaran Hüseyn Qarayev, 2018-ci ildən idmanın cüdo idman növü ilə də məşğul olmağa başlayıb və cüdo üzrə bu günə kimi keçirilən bir çox turnirlərin qalibi və mükafatçısı olub. Hal-hazırda isə, bu azyaşlı məktəbli, cüdoyla bərabər, marağında olan digər bir idman növünə böyük həvəs göstərir. Konkret desək, o, futbolla da, ciddi şəkildə məşğul olmaqdan, sanki bir rahatlıq tapır. Bəli, özünün belə yüksək məqsəd və amal sahibi olmasını, öz doğma Vətəninə və xalqına bu səviyyədə bağlılığını və millətçilik duyğularının gücünü, özünün alqışalayiq xoş əməlləriylə bu yaşda ortaya qoya bilməsi, azyaşlı məktəbli olan Hüseyn Qarayevin ailə və məktəb həyatında aldığı nümunəvi təlim-tərbiyənin və yüksək səviyyəli təhsillin xoş təsir bağışlayan bir nəticəsidir. Bu bir faktdır ki, bu yaşda əldə etdiyi və atdığı belə uğurlu addımları ilə, hər kəsə özünü sevdirən Hüseynin gələcəkdə böyük istedad sahibi olmasının qaçılmazlığı daim ğöz qabağında olur. Elə, buna görə, redaksiyamızın yaradıcı kollektivi adından, biz də, bu gənc məktəbliyə ən ülvi istəklərimizi çatdırıb, gələcəkdə onun doğma Vətənimizə və xalqımıza layiq daha ləyaqətli bir övlad olmasını arzu edirik! İnanırıq ki, o, atdığı bu cür xoş addımları ilə, valideyinlərinin və digər doğma-yaxınlarının arzularını lazımınca doğruldub, onların ömür yollarına daha gur işıqlı yeni bir xoşbəxtlik bəxş etməyi də bacaracaq!
Rəşad CƏFƏRLİ,
Tahir HÜSEYNOV,
Nadir XANYURDU,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.