Azərbaycan Cümhuriyyətinin banisi, ilk cümhurbaşqanı, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı, Bütöv Azərbaycan Ocaqlarının (BAO) qərargahında keçirilən tədbirdə “Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzi”nin sədri, professor Nəsiman Yaqubluyla, BAO rəhbərinin Türk Dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli arasında Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbirlərin birgə həyata keçirilməsi yönündə ümumi razılaşma olub.
Bu barədə, BAO-nun Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, bu razılaşmaya əsasən, ilk olaraq, cari ilin mart ayının 6-da — M. Ə. Rəsulzadənin vəfat günündə, Rəsulzadə irsinin digər əsas tədqiqatçılarının da iştirakı təmin edilməklə, onların birgə təşkil edəcəkləri “Anım günü” tədbiri keçiriləcək.
araz.az xəbər portalı.