2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-də təhlükəsiz istehsal fəaliyyəti uğurla təmin edilib.

QSC-dən  araz.az-a bildirilib ki, ötən il qurum və onun törəmə şirkətində ümumilikdə 1,2 milyon təhlükəsiz iş saatı qeydə alınıb. Bütün fəaliyyət illəri ərzində isə təhlükəsiz iş saatlarının sayı 5,6 milyona çatıb.

Qeyd edək ki, istehsalat sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə hər il təsdiq edilən fəaliyyət planlarına uyğun olaraq müvafiq tədbirlərin icrası davam etdirilir.

araz.az xəbər portalı.