Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, Yeni Azərbaycan Partiyasının 2021-ci il 4 mart tarixli VII qurultayında bu partiyaya birləşmiş Milli Qurtuluş Partiyasının keçmiş sədri Vüqar Oruc 7 fevral 2024-cü il tarixli prezident seçkiləri ilə bağlı mövqeyini bildirib.
araz.az -ın xəbərinə görə, Vüqar Oruc bildirib ki, xalqların taleyinə təsir göstərən həlledici faktorlarlardan biri, bəlkə də birincisi lider amilidir. Onunn sözlərinə görə, tarixi, siyasi, coğrafi şəraitdən, siyasi sistemin xarakterindən asılı olmayaraq, liderlik fenomeni xalqların gələcək taleyində, milli dövlətin inkişafında aparıcı rola malikdir:
“Liderlik iradə, qətiyyət, ardıcıllıq tələb edir və yalnız bunu bacaran siyasi şəxsiyyətlər tarixdə iz qoyurlar. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrünə nəzər yetirsək, bu dövr tariximizin inkişaf, rifah və zəfər dövrüdür”. 7 fevral prezident seçkiləri ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc bu fikirləri söyləyib. AQC sədri qeyd edib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ardıcıl, çoxvektorlu və instusional islahaların nəticəsində ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “2018-ci ilin Prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Cənab Prezident İlham Əliyev bəyan etdi ki, ölkə miqyasında köklü islahatlar aparılacaq. Bu islahatların nəticəsində hakimiyyət qolları yeniləndi. Bütün idarəetmə orqanları ilə yanaşı, özəl sektorun da fəaliyyətində dönüş yarandı. Təkcə son illərin iqtisadi nəticələrini təhlil etsək, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident İlham Əliyevin praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın çağırışına cavab verib. Qanunvericilik bazasının təkmilləşdirilməsi, Rəqabət Məcəlləsinin qəbul edilməsi və digər normativ-hüquqi aktlar buna bariz misaldır. 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində əldə edilən şanlı Zəfər 30 illik tarixi həsrətimizə son qoymaqla bərabər, Azərbaycanın beynəlxalq miqyasda əhəmiyyətini daha da artırıb”.
AQC sədrinin sözlərinə görə, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə kimi zəruri kompanentləri özündə birləşdirir: “Cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə türk dövlətləri arasında həmrəyliyin yüksəlməsi, tarixdə ən yüksək həddə çatması, İlham Əliyevi milli lider kimi səciyyələndirir. İlham Əliyev təkcə dövlət başçısı yox, həm də milli liderdir. Heç şübhəsiz ki, Azərbaycan xalqı 7 fevral seçkilərində cənab İlham Əliyevə səs verəcək, bununla da firavan gələcəyinə yenidən investisiya qoyacaq” – deyə, Vüqar Oruc fikrini tamamlayıb.
araz.az xəbər portalı.