Bakıda bir əsrdən çox yaşı olan və qəzalı vəziyyətə düşmüş binada hələ də yaşayış var.

araz.az-ın məlumatına görə, söhbət Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 5 ünvanında yerləşən binadan gedir.

Həmin binanın sakinləri tikilinin qəzalı vəziyyətdə olmasından narahatdırlar.

Sakinlər deyirlər ki, artıq binadakı çatlar da yamaq götürmür.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Hətta binanın qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq akt da tərtib olunub. Lakin işin icrası hələ də ləngiyir.

Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aktına əsasən, sözügedən yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu müəyyən edilib. Bu nəzərə alınaraq, FHN-nin müvafiq rəyi əsasında yaşayış binasının köçürülməsi məqsədilə qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər olunub. Hazırda nəticələrini gözləyirlər.

Ətraflı süjetdə:

araz.az xəbər portalı.