Əmək müqaviləsinə hansı hallarda xitam verilir və Əmək Məcəlləsinə əsasən hansı kateqoriyadan olan işçilərin əmək müqaviləsinə xitam verilə bilməz.
araz.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən ekspert Cəsur Fətəlizadə aşağıdakı şəxslərin əmək müqaviləsinin heç bir halda ləğv edilə bilməyəcəyini deyib:
“Hamilə qadınlar, 3 yaşına qədər uşağı olan qadınlar, 3 yaşına uşağı təkbaşına böyüdən kişilər, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəbli yaşına qədər uşağı təkbaşına böyüdən işçilərin əmək müqaviləsinə xitam verilə bilməz”.
Cəsur Fətəlizadə əlavə edib ki, əmək qabiliyyətini müvəqqəti itirən (məsələn, qolu, qıçı sınmış və s.), o cümlədən, ailə üzvündən ömürlük əlil olan şəxslərin də əmək müqaviləsinə xitam verilə bilməz. Məsələn, işçinin qardaşının əqli çatışmazlığı varsa, bu şəxs sığortalanmış sayılır. Eləcə də şəkərli diabet xəstəsi də Məcəllənin bu üstünlüyündən istifadə edə bilər.
araz.az xəbər portalı.