Bu gün ən çox şikayətlər kosmetoloji prosedurlar və plastik əməliyyatlar barəsində olur. Məsələ araşdırildiqda məlum olur ki, həmin prosedurları keçirən “həkimlər” in heç tibbi diplomu belə yoxdur.
araz.az AzTimes.az-a istinadən bildirir ki, belə “həkimlərdən” ikisi ilə sizi tanış edim ki, sonra belə hadisələrin qurbanı olmayasınız. Həm də özəl klinika rəhbərləri işə götürdüyü zaman diqqətli olsunlar. Şəkildə görmüş olduğunuz gənc cütlük özünü həkim kimi təqdim edən Nuray Aydınlı Tural Həbibovdur. Əslində özünü bütün müştərilərə Tural kimi təqdim edən şəxs Şumal Həbibovdur. Bu şəxs əsgəri xidmətdən yayınmaq üçün belə addım atır. Bu başqa bir mövzudur. Bu nişanlı cütlüyün heç bir tibbi təhsili yoxdur. Nuray Aydınlı bir neçə aylıq kosmetoloji kurs bitirib ki, həmin kursu bitirən şəxslərin iynə ilə edilən kosmetoloji prosedurlar həyata keçirmək kimi səlahiyyətləri yoxdur.Şumal Həbibov isə orta məktəb atestatıni belə ölkə məktəblərindən yox, RF Dağıstan MR-nın hansısa məktəbindən alıb. Amma o ən riskli əməliyyatlardan hesab olunan liposaksia əməliyyatlarını həyata keçirir. Doxtur bəyin qurbanları da var. Onlardan biri S.G(ad şərtidir) adlı xanımdır ki, gel doğusundan sonra bədənində çürümə gedir. Çox arxayın şəkildə sosial şəbəkələrdə həyata keçirdikləri prosedurları reklam.edən cütlük bir müddət öncə qalmaqallı şəkildə Qaragöz klinikasından çıxarılıblar. Daha sonra başqa bir klinikaya pənah gətirən bu şəxslərin orada da fəaliyyəti cəmi iyirmi gün çəkib. Orada da müqavilələrinə xitam verilən şəxslər indi özlərinə yeni qurban axtarırlar. Özəl klinikalar belə şəxslərin işə götürülməsində və ya onlara icarəyə otaq verdikləri zaman çox diqqətli olmalıdırlar.
Bilirsinizmi?
Şumal Həbibov əsgərlikdən yayınmaq məqsədi ilə debilik alıb. Bu aidiyyatı qurumların araşdıracağı məsələdir ki, biz faktlarla ötən yazımızda problemə toxunmuşuq. Əsas məsələ: psixoloji problemli şəxsin ağır prosedurları həyata keçirməyə qanuni şəkildə icazəsi varmı?
Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.