Mixeil Saakaşvili müxalifətə bu il keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürmələrini təklif edib.
azraz.az xəbər verir ki, o, müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxmin edir: “Amma mənə başqalarının fikirləri də maraqlıdır”, – Saakaşvili bildirib.
O, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını müsbət qiymətləndirib. Qeyd edib ki, hesabatda ölkədəki bütün qərbyönlü qüvvələrin birləşməsinə çağırış xüsusilə önəmli məqamdır:
“Oliqarx Bidzina İvanişvilinin hakimiyyəti tükənib və qarşıdan gələn seçkilərdə Gürcüstanı onun caynağından xilas etmək lazımdır”.
M.Saakaşvili İrakli Qaribaşvilinin əvəzinə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin baş nazir təyin olunmasını gürcü xalqını ələ salmaq kimi qiymətləndirib.
araz.az xəbər portalı.