Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.55 ABŞ dolları, yaxud da 1.8% artaraq 83.81 ABŞ dolları təşkil edib.
araz.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 1.78 ABŞ dolları və ya 2% artaraq 80.91 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
araz.az xəbər portalı.