Alimlər hər gün içdiyimiz çayı daha faydalı etmək üçün ona bəzi ədviyyatları əlavə etməyi tövsiyə edirlər.

araz.az    bildirir ki, Department of Human Nutrition, NWFP Agricultural University çayla bağlı maraqlı araşdırma aparıb.

Alimlər aşkar ediblər ki, çaya darçının əlavə edilməsi qanda şəkəri və xolesterini salır.

Zəncəfilin çaya əlavə edilməsi isə təzyiqi və xolesterini salmağa yardım edir.

Nanə güclü spazmolitik xüsusiyyətlərə malikdir. Nanəni çaya əlavə etməklə təzyiqi aşağı salmaq mümkündür.

Mütəxəssislər həmçinin çaya qara istiotu da əlavə etməyi tövsiyə edirlər. Belə çay orqanizmdə iltihabları azaldır. Bildiyimiz kimi məhz orqanizmdə gedən iltihabı proseslər bir çox xəstəliklərin inkişafına təkan verir.

araz.az xəbər portalı.