İctimai nüfuz sahibi “Sivil Toplum” Monitorinq Koalisiyasında birləşən təşkilatların məlumatlarında da, ötən seçkilərlə müqayisədə, bu seçkilərdə fəallığın çox yüksək olduğu bildirilir

Bu gün — 2024-cü ilin fevral ayının 7-də, ümumilikdə, 6 milyon 478 min 623 seçicisi, 125 seçki dairəsi üzrə, 6537 seçki məntəqəsi olan, çoxunda veb-kameralar quraşdırılan Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini, 89 ölkənin 72 təşkilatından 790 beynəlxalq və 89 min 366 yerli müşahidəçinin izlədiyi barədə verilən məlumatlar araz.az-ın da redaksiyasına daxil olub. Verilən əksər məlumatlar da, bir daha təsdiq edir ki, ötən seçkilərlə müqayisədə, baş tutan bu seçkilərdə fəallıq çox yüksəkdir.

Elə, respublikada ictimai nüfuz qazanan “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri də, günortayadək keçən vaxt ərzində, seçki prosesinin gedişi zamanı baş verənləri, araz.az-ın əməkdaşlarının sorğusuna cavab olaraq, apardıqları monitorinq üzrə, tam təfsilatı ilə,
ətraflı dəyərləndiriblər. Öncə onu bildiriblər ki, bu nüfuzlu qurumun 613 müşahidəçisi, respublika ərazindəki 60-dan çox seçki dairəsində seçki prosesini müşahidə edirlər.

Sədri Əhməd Abbasbəyli olan “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin məlumatına əsasən, xüsusi olaraq onu qeyd etmək istəyirik ki,
ortada olan bəzi texniki qüsurlardan savayı, hələ ki, seçki prosesi qanunvericliyin tələbləri çərçivəsində şəffaf keçirilir. Heç bir problem aşkarlamayıblar. Doğrudan da, seçkilərin nəticəsinə təsir edə biləcək elə bir ciddi nöqsan, hələ ki, onlar tərəfindən qeyd edilməyib.

Qorxmaz İbrahimlinin sədrlik etdiyi “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin məlumatında da, xüsusi olaraq bildirilir ki, bu seçkilərdə seçici fəallığı çox yüksəkdir. Məlumata əsasən, onu da qeyd etmək istəyirik ki, adıçəkilən təşkilat tərəfindən, bir çox seçki məntəqələrinə müşahidəçilər ayırılıb.
Fəallığın yüksək səviyyədə olduğunu qeyd edən müşahidəçilər, onu da deyiblər ki, bu aktivliyin hər kəsdə ruh yüksəkliyi yaratdığı açıq-aydın hiss olunur. Ən əsası odur ki, indiyədək, ortada, seçki prosesinin şəffaflığına təsir edə biləcək hansısa bir qüsur yoxdur. Bu da, seçkilərin şəffaf keçirilməsində, vətəndaş cəmiyyəti insitutları ilə əməkdaşlığın müsbət əhəmiyyətini bir daha ortaya qoyur.

Həm Koalisiyadakı təşkilatların, həm də, araz.az-a da daxil olan digər çoxsaylı məlumatların məntiqi nəticəsi olaraq, bir daha qeyd etmək istəyirik ki, həqiqətən də, seçki məntəqələrində seçici aktivliyi güclüdür. Bu da onu deməyə əsas verir ki, respublikamızda bu seçki kampaniyasına hazırlıq ən yüksək səviyyədə aparılıb.

Sonda, onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan 7 namizədin mübarizə apardığı bu gün keçirilən prezident seçkilərində, gün ərzində aparacağı müşahidələri ilə bağlı, Koalisiya tərəfindən ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.