“Coalco International” inkişaf şirkətinin keçmiş sahibi, milyonçu Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib.
araz.az xəbər verir ki, bu barədə “Forbes” yazır.
Bildirilib ki, Anisimov 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib. Belə bir qərardan sonra milyonçunun Rusiyaya iş vizası ilə daxil olduğu iddia edilir.
Məlumata görə, onun Rusiyada heç bir əmlakı qalmayıb. Nəşr onu da qeyd edir ki, Anisimov hazırda Xorvatiya vətəndaşıdır. O, həmçinin 1990-cı illərdə əldə edilmiş Dominikan Respublikasının vətəndaşlığına malikdir.
Bir müddət öncə “Texnosila” məişət texnikası mağazaları şəbəkəsinin keçmiş sahibi Mixail Kokoriç də Rusiya vətəndaşlığından imtina etmişdi.
araz.az xəbər portalı.