Fevral ayı olmasına baxmayaraq, bu gün ölkədə 20 dərəcə isti müşahidə olunur. Qış fəslində olduğumuzu nəzərə alsaq, havanın temperaturunun bu qədər artması müxtəlif müzakirələrə səbəb olub. Maraqlıdır, bu nə ilə bağlıdır?

araz.az    bildirir ki, mövzu barədə “Yeni Sabah”a açıqlama verən meteoroloq Cavid Hüseynov bildirib ki, sözügedən hava şəraiti qış fəsli üçün xarakterik deyil:

“Hal-hazırda ölkə ərazisində müşahidə olunan isti hava şəraiti (havanın maksimal temperaturu Bakıda 20-21°C) qış fəsli üçün xarakterik olmasa da, isti hava şəraitinin yaranmasına səbəb mərkəzi Rusiya ərazisi (Moskva şəhəri) olan Tsiklonun fəaliyyətidir. Belə ki, Tsiklonik fəaliyyətə xas olaraq isti və soyuq atmosfer cəbhələrinin növbələşən hərəkəti nəticəsində ölkə ərazisinə daxil olan isti hava kütləsi əhatə etdiyi ərazilərdə hava şəraitini dəyişməklə əvvəlki günlərlə müqayisədə kəskin temperatur fərqi yaratmışdır. Sinoptik şəraitlə əlaqədar olaraq hal-hazırda müşahidə olunan isti və yağıntısız hava şəraitinin hələ bir neçə gün (təxminən 5-6 gün) davam edəcəyi ehtimalı vardır”.

Ekspert bildirib ki, bu cür havanın insan sağlamlığına ciddi təsiri yoxdur:

“Qış fəsli üçün xaraketrik olmayan isti hava şəraitinin insan sağlamlığına ciddi təsiri olmasa da, temperatur və rütubətliyin dəyişməsi fonunda bəzi bitkilərin mənfi təsirlərə məruz qalması (cücərmə və inkişafın sürətlənməsi, vaxtından əvvəl tumurcuqlanma, rütubət çatışmazlığı və s.) gözləniləndir”.

araz.az xəbər portalı.