Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur.

araz.az    xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur:

“Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ilin fevralında 21 dərəcə, 2021-ci ilin fevralında 22 dərəcə, 2020-ci il fevralında isə 25 dərəcəyədək yüksəlmişdi”.

araz.az xəbər portalı.