Toxum alarkən iki sual qarşısında qalırıq: yerli, yoxsa hibrid toxum? Fermer Anar Abbasov yerli toxumla hibrid toxumların fərqini açıqlayıb.
araz.az-ın xəbərinə görə, o, valyuta.az-a açıqlamasında bildirib ki, adi toxumdan 5 kilo məhsul götürdükdə, hibrid toxum 15 kilo məhsul verir: “Hibrid toxumun güclənmiş məhsuldarlığıdır. Bütün əkinçilər çalışır ki, məhsuldar toxumdan istifadə etsin. Məsələn, hibrid yemiş əkirəm, bir hektar sahədən 70 ton məhsul götürürəm. Amma yerli yemiş sortunu əkəndə bir hektardan 15 ton məhsul çıxır. Əkinçi də əziyyət çəkir, istəyir ki, zəhmətinin bəhrəsini çıxartsın”.
Fermer qeyd edib ki, yerli toxumlardan yetişən məhsullar dadlı, sağlam və qiyməti də baha olur.
araz.az xəbər portalı.