GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Ərdəbildə azərbaycanlı milli məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib.
araz.az bildirir ki, Ərdəbil şəhərində bir qrup azərbaycanlı fəal azərbaycanlı milli fəalların kütləvi şəkildə həbsinə etiraz olaraq divarlara qrafitlər çəkiblər.
Divarlara həkk edilən qrafitlərdə “Qırılsın isarət zəncirləri-açılsın azadlıq qapıları” şüarı əks etdirilib.
Ərdəbil divarları beləliklə azərbaycanlı fəallara dəstək şüarları ilə bəzədilib.
Qeyd edək ki, irqçi fars-molla rejimi çox sayda azərbaycanlı fəalı həbs edib. Son bir neçə gündə isə həbslərin yeni dalğası müşahidə edilir.
araz.az xəbər portalı.