Xurma sirkəsi haqqında çox adam eşitməyib, bunu eşidənləri isə təəccübləndirir. Evdə hazırlamaq isə elə də çətin deyil.

Tərkibində faydalı komponentlər olan xurma sirkəsinin faydaları nələrdir?

araz.az   xarici mediaya əsasən xəbər verir ki, xurmanın orqanizm üçün faydalarını hər kəs bilir. Sirkə hazırladıqda isə onun şəfası daha da artır. Müalicə mənbəyi olan xurma sirkəsini evdə hazırlamaq mümkündür.

Xurma sirkəsi üçüb tələb olunan ərzaqlar: 

1 kq Mədinə xurması

5 litr soyuq su

1,5 litr qaynar su

1 xörək qaşığı qaya duzu.

Xurma sirkəsinin hazırlanma qaydası: 

1,5 litr qaynar su ilə doldurulmuş qaba 1 kq xurma əlavə edib, bir gecə saxlayırıq. Ertəsi gün xurmanı 4 litr soyuq su ilə doldurulmuş bankaya qoyub, əlimizlə yüngülcə əzirik. Sonra 1 stəkan alma, yaxud üzüm sirkəsi əlavə edirik. Sonra 1 xörək qaşığı qaya duzu əlavə edib, taxta qaşıqla qarışdırırıq. Bankanın qapağını təmiz dəsmal ilə örtürük. 6 həftəyə qədər saxlayırıq. Suyu süzdükdən sonra şüşə butulkalara doldururuq.

Xurma sirkəsinin faydaları nələrdir? 

Xurma sirkəsi pomidor turşusu kimi qarışıq turşularda da istifadə olunur. İlıq su ilə qarışdırılmış xurma sirkəsi ilə müxtəlif içkilər hazırlaya bilərsiniz. Dərini gözəlləşdirən və qidalandıran xurma sirkəsi dəriyə parlaqlıq verir, immunitet sistemini gücləndirir, emosional və ruhi yorğunluğa yaxşı gəlir.

Xurma sirkəsinin ağızdakı müxtəlif yaraları sağaltdığı da müşahidə edilmişdir. Bədənimizdəki açıq yaralara tətbiq edildikdə sağaldıcı təsir göstərir.

Qan şəkərini tənzimləməkdə çox təsirli olan xurma sirkəsi ani şirin istəklərin qarşısını alaraq maddələr mübadiləsini tənzimləyə və yağ yandırma prosesini sürətləndirə bilər.

araz.az xəbər portalı.