“İndi yaxşıyam, hər şey qaydasındadır”.
Bu sözləri dünən günorta saatlarında səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən müğənni Əli Mirəliyev araz.az-a açıqlamasında deyib.
Sənətçi başına gələn hadisəni belə şərh etdi:
“Evdə oturmuşdum. Hiss etdim ki, kökəlmişəm. Üzr istəyirəm, qəbzlik problemimin olduğunu da anladım. 3-cü gün hiss elədim ki, məndə “köp” var. Getdim xəstəxanaya. Yoxladılar, belə problemlərim ortaya çıxdı. İki seçim var idi – ya əməliyyat olunmalı idim, ya da dərman atacaqdım, o təsir etməsə idi, risk böyüyəcəkdi. Dərmanı atdım, bu gecə gördüm ki, yaxşıyam, səhhətim düzəlməyə başlayıb. Yəqin ki, axşamüstü evə buraxılacam. Mədəmdən əziyyət çəkirəm. Nə gəldi yemişdim, ona görə belə alındı”.
Sənətçi onu sevməyənlərdən də söz salıb:
“Məni istəyən də var, istəməyən də… Məni sağ vaxtımda “öldürürdülər”. Nəinki qaldı xəstəxanada olanda. Mən xalqımı çox istəyirəm. Mırt vuran insanların hamısına ayıb olsun. Bu, hamı üçün var da. Mən xalqımın düşməni deyiləm ki?! Kiməm ki, mən? Mən xalqımızın musiqisini qoruyuram, buna görə adamla düşmənlik edərlər?”
araz.az xəbər portalı.