Qış aylarının gəlişi ilə soyuqdəymə, qrip kimi xəstəliklərdə böyük artım müşahidə olunur. Mütəxəssislər xəstəliklərdən qorunmaq üçün güclü immunitetin vacib olduğunu qeyd edirlər. Bundan əlavə, qapalı mühitlərin tez-tez havalandırılması və daim əllərin yuyulması kimi tövsiyələr verirlər.
araz.az xəbər verir ki, qrip olanda tez sağalmaq üçün evdə hazırlanan dərmanlar içmək daha məsləhətlidir.
Aşağıdakı qarışımı hazırlayıb içmək sizi soyuqdəymədən sağaldacaq:
250 qram təzə zəncəfil
2 limon
1 litr su
2 çay qaşığı isti toz və ya çili tozu
Əvvəlcə təzə zəncəfilin qabığını soyun. Sonra şirəsini çıxarmaq üçün əzin və su ilə qarışdırın. 2 limonun suyu və yer bibəri əlavə edin. Sonra qarışdırın və istehlak edin. Çox turş olarsa, su əlavə edə bilərsiniz.
Zəncəfil həzm prosesini sürətləndirməyə və mədənizi daha tez boşaltmağa kömək edir. Həzmsizlik, xoralar, qəbizlik və bir çox həzm problemlərindən əziyyət çəkən kimsə bunu müntəzəm pəhrizlərinə əlavə etməklə rahatlıq tapa bilər. Araşdırmalar göstərib ki, zəncəfil istehlak edən insanlar onu istehlak etməyənlərə nisbətən iki dəfə daha tez həzm edirlər. Həzm sistemində hərəkəti artırır və yediyimiz qidaları parçalamağa kömək edən sağlam fermentləri dəstəkləyir.
araz.az xəbər portalı.