Təhsil Araşdırmalar Mərkəzinin araz.az-a da təqdim etdiyi bu xanım, Astara şəhər 6 saylı tam orta məktəbin binəva işçisi Validə Məmmədovadır. 1 ildir ki, ardıcıl olaraq, məktəbin direktoru Ülviyyə Məmmədovaya qarşı təkbaşına dirəniş göstərir və onun şərini, öz cəsarəti ilə, dəf etməkdədir.

Dediyinə görə, Ü. Məmmədova 3 il öncə məktəbə direktor kimi gələndə, ilk 2 ay, o da, rüşvət verib, lakin sonradan imtina edib və bu da, direktorun “qara siyası”na düşmək üçün, yetərli olubdur. Beləliklə də, direktor “qılıncını siyirərək”, zəif gördüyü kargüzarı “yox etməyə” qərar verib! Amma, kargüzar, sandığı qədər zəif çıxmayıb. Necə deyərlər, “daş, qayaya rast gəlib”!

Rahat və başağrısız hesab etdiyi hüquqi yola baş vuran direktor, həqiqətən də, Astara Rayon Məhkəməsində işini rahatca “həll edə” bilib və işçinin iddialarının “böhtan” kimi tövsif olunmasına nail olub. Şirvan Apellyasiya Məhkəməsində də, istədiyini etməyə nail olan Ü. Məmmədovaya qarşı, katibə, həvəsdən düşməyib və işi, Ali Məhkəməyə daşıya bilib. Direktorun bütün planları, məhz bundan sonra pozulub: Ali Məhkəmə, öncəki instansiyaların gülünc qərarlarını ləğv edib və işi geri qaytarıb!

Beləliklə də, kargüzarı cəzalandırmaq üçün, hüquqi yolu qapanan direktor, məcburən, qeyri-hüquqi yollara ümidini bağlayıb… “Sən mənə rüşvətxor deyə bilməzsən!” iddiası ilə, açdığı məhkəmə davasında məğlub olan məktəbin “firon” rəhbəri, bu sözü işçiyə qadağan etmək üçün, başqa metodlara əl atıb…

Gəlin, bu video çəkilişlə, V. Məmmədovanın özündən dinləyək maraqlı hər şeyi:

araz.az xəbər portalı.

araz.az xəbər portalı.