DSC_8720.jpgBu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.

Araz.az xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin hazırkı durumundan söz açıb. Son illər mövcud istiqamətdə pozitiv tendensiyalar artdığını vurğulayan Ə.Amaşov xüsusən Türkiyədən Azərbaycana jurnalist səfərlərinin sayının artmasına diqqət yönəldib. O bu cəhətin qardaş ölkənin media gündəminə də əsaslı təsir göstərdiyini deyib.

H.Karadeniz həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə jurnalist səfərlərinin sayının daha da artırılmasına ehtiyacın duyulduğunu vurğulayıb. O, Türkiyə Səfirliyinin hər zaman bu amili diqqətdə saxladığını bildirib.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qarşılıqlı səfərlərin təcrübə mübadiləsi baxımından vacibliyindən söz açıb və qeyd edib ki, Türkiyənin qabaqcıl media təcrübəsinin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət daşımaqdadır.

Görüşdə qarşıdakı əməkədaşlıq məsələlərinin müxtəlif tərəfləri haqqında geniş fikir mübadiləsi aparılıb.
Araz.az

araz.az xəbər portalı.