Dollar get-gedə beynəlxalq ödəniş vasitəsi statusunu itirir.
araz.az xəbər verir ki, TASS-a müsahibə verən analitiklərin fikrincə, gələcəkdə dollar BRICS+ ölkələrinin valyutası ilə əvəz oluna bilər.
“Kollektiv valyutanın üstünlüyü ondan ibarətdir ki, onun sabitliyinin açarı ayrı aparıcı dövlət deyil, eyni zamanda bir neçə əsas iqtisadiyyatdır”, deyə ekspertlər izah edirlər.
Analitiklər dolların Çin yuanı ilə əvəzlənməsi perspektivini qeyri-real adlandırıblar.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibə verib. Söhbət zamanı Putin qeyd edib ki, hazırda BRICS ölkələrinin dünya iqtisadiyyatındakı payı G7-nin payını üstələyir. Prezidentin sözlərinə görə, bu dinamika gələcəkdə də davam edəcək.
araz.az xəbər portalı.