Baş ağrıları günümüzdə demək olar ki, hər kəsi narahat edir. Bəs ağrıkəsicilər olmadan bu ağrıları necə müalicə etmək olar?

araz.az   baş ağrılarına müsbət təsir edən təbii reseptlərdən bəzilərini təqdim edir:

1-ci üsul: bal və qoz

Beş qozu doğrayıb bir xörək qaşığı təbii cökə balı ilə yaxşıca qarışdırmaq, bir çimdik doğranmış darçın və zəncəfil əlavə etmək, qarışdırmaq, qarışığı bir gecədə soyuducuya qoymaq lazımdır. Şəfalı qarışığı gündə üç dəfə, yeməkdən yarım saat əvvəl, bir qaşıq qəbul etməlisiniz.

2-ci üsul: təbii şirələr

Hər gün nahar və şam yeməyindən yarım saat əvvəl yarım stəkan nar şirəsi içmək (alma şirəsi və kök şirəsi ilə növbə ilə) – mağazada şirə seçərkən diqqət yetirin ki, şirə mümkün qədər təbii olsun, yaxud təzə sıxılmış şirələr hazırlayın.

araz.az xəbər portalı.