Azərbaycanlı din xadimi Höccətül-islam Əzimi Qədimi neçə gündür yoxa çıxıb. Ailə üzvləri fevralın 6-dan onunla əlaqəni itirib.

araz.az  xəbər verir ki, güneyli ruhaninin telefonuna zəng çatmır.

Yaxınları onun rejimin qüvvələri tərəfindən saxlanıldığını düşünür. Azərbaycan milli fəallarının müxtəlif şəhərlərdə həbsi ilə eyni vaxtda Əzimi Qədiminin də yoxa çıxması onun tutulması ilə bağlı şübhələri artırıb.

Qeyd edək ki, Əzimi bundan əvvəl də dəfələrlə həbs olunub. O, rejimə qarşı tənqidi fikirlərinə görə 24 avqust 2005-ci il, 4 may 2006-cı il və 27 oktyabr 2006-cı il tarixlərində zindan həyatı yaşayıb.

araz.az xəbər portalı.