2014-cü ildən bəri aparılan araşdırmalar nəticəsində məlum olub ki, blaşvud meyvəsi xərçəng müalicəsinə müsbət cavab verir.
araz.az xəbər verir ki, hazırda test mərhələsində olan dərman xərçəngə tutulmuş Oskar adlı it üzərində sınanılıb.
Məlum olub ki, bu meyvə xərçəng hüceyrələrini məhv edir.
Berqhofer Tibbi Araşdırma Mərkəzindən doktor Glen bildirib ki, 4 ildir aparılan testlər hər keçən müddətdə daha yaxşı nəticələr verir. “Əldə etdiyimiz dərmanı test üçün istifadə etdiyimiz nahiyələrə yeritdik. 5 dəqiqə içərisində iynə tətbiq edilən nahiyədə göyərmə yarandı. 24 saat içərisində isə şişin olduğu yer tamamilə qara rəngə boyandı. Bundan bir neçə gün sonra həmin nahiyə qabıq verməyə başladı. 1,5 həftə içində qabıq öz-özünə qopub düşdü və şiş yoxa çıxdı”, – deyə elm adamı qeyd edib.
Həkimin bu açıqlaması xərçəng xəstəliyindən əziyyət çəkənlərə ümid verib. Belə ki, son nəticələrə görə, dərman xərçəngə tutulmuş heyvanlar üzərində 70 faiz hallarda müsbət nəticələr verir. Yuxarıda adını çəkdiyimiz Oskar adlı it üzərində test edilən heyvanlardan sadəcə biridir. Üzündə şiş olan Oskar blaşvud meyvəsindən hazırlanan dərmanla müalicə edilib.
araz.az xəbər portalı.