Nahamar, quru dabanlar bir çox insanları narahat edir.

araz.az  dabanları hamar və yumşaq etmək üçün sadə üsullar təqdim edir.

1. Ayaqlarınızı soda əlavə olunmuş isti vannada 20 dəqiqə ərzində saxlayın. (1 l su üçün 1 xörək qaşığı soda götürülür.)

Daha sonra ayaqlarınızı daban daşı və ya xüsusi fırça ilə təmizləyin, sonra soyuq su ilə yaxalayın. Nəzərinizə alın, ki bir dəfəyə bütün codlaşmış dərini təmizləmək olmaz, bunu tədricən bir neçə gün ərzində etmək lazımdır. Əks halda təzə əmələ gəlmiş dəri daha da cod olacaq. (Dabanlarda dərin ağrılı çatlar varsa, daban daşı istifadə olunmur – bu vəziyyəti daha da korlayacaq. Əvvəl çatları müalicə etmək lazımdır.)

2. 2 xörək qaşığı qliserin (apteklərdə satılır) 2 xörək qaşığı 9%-li üzüm və ya alma sirkəsi ilə qarışdırın. Qarışığa pambıq disk batırın və dabanlara və pəncələrin dərisinə çəkin. Sonra pəncələri plyonka ilə bükün və pambıq corab geyinin. Bu maskanı axşam yatmazdan əvvəl edin və səhərə kimi saxlayın. Səhər ayaqları ilıq su ilə yuyun və istənilən nəmləndirici krem çəkin. 4-5 belə prosedurdan sonra dərinizin vəziyyəti xeyli yaxşılaşacaq. Prosedurları hər gün etmək olar.

Dərinin vəziyyəti yaxşılaşdıqdan sonra bu maskanı həftədə 1 dəfə etmək olar.

araz.az xəbər portalı.