Almaniya hökuməti hesab edir ki, Ukraynanın potensial parçalanması daha 10 milyona yaxın insanın ölkəni tərk etməsinə və onların da böyük əksəriyyətinin Qərbi Avropaya üz tutmasına səbəb ola bilər.
araz.az xəbər verir ki “Welt am Sonntag” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Ekspertlər Ukraynanın məğlub olacağı təqdirdə Almaniyanın böyük qaçqın axını ilə qarşı-qarşıya qalacağını düşünürlər.
BMT-nin qaçqınların işləri üzrə Ali Komissarlığının məlumatına görə, indiyədək 6 milyondan çox insan Ukraynanı tərk edərək digər ölkələrə sığınmaq məcburiyyətində qalıb. Onların 5,9 milyonu Avropa ölkələrində qeydiyyatdadır. Almaniya Daxili İşlər Nazirliyi hazırda ölkədə təxminən 1,1 milyon ukraynalı qaçqının yaşadığını bildirir
araz.az xəbər portalı.