Prezident İlham Əliyev “Baykar” şirkətinin Texniki direktoru Səlcuq Bayraktarla Azərbaycanın aldığı Bayraktar ”Akıncı” hücum pilotsuz uçuş aparatlarının (TİHA) uçuşunu izləyib.
araz.az xəbər verir ki, Türkiyənin “Yeni Akit” qəzeti mərasimdə diqqət çəkən detal barədə məqalə dərc edib.
“Nümayiş olunan sursatlar arasında Türkiyənin ilk qanadlı raketi olan SOM-un da olması diqqət çəkdi. 2018-ci ildən SOM qanadlı raketləri tədarük etməyi hədəfləyən Azərbaycan SOM-un fransız mühərriklərindən istifadə etdiyi üçün bu tədarükü həyata keçirə bilməyib. Türkiyənin SOM qanadlı raketlərinin ixracına zəmin yaradacaq addımı bu il ərzində atacağı gözlənilir
“Kale Arge” tərəfindən milli resurslarla hazırlanmış KTJ-3200 Turbojet Raket Mühərrikinin kütləvi istehsal tədarükü bu yaxınlarda “Roketsan”-a reallaşdırılıb. Çox yaxın vaxtlarda KTJ-3200-ün həm SOM, həm də ATMACA raketləri ilə uçuş sınaqlarının keçiriləcəyi gözlənilir. Uğurlu sınaq atışlarından sonra SOM Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək”, – məqalədə vurğulanıb.
Xatırladaq ki, ötən gün İlham Əliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub. Prezident PUA Akademiyasında yaradılan şəraitlə də tanış olub. Sonra İlham Əliyev yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib. PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.
araz.az xəbər portalı.