Təmizlik üçün istifadə etdiyimiz sabunun bir çox faydaları var.
Narahat ayaq sindromu yuxu zamanı ayaqlarda narahatlığa səbəb olan bir vəziyyətdir.
Narahat ayaq sindromunun əsas səbəbləri arasında sinir sistemindəki anormallıqlar, Parkinson xəstəliyi, böyrək çatışmazlığı, diabet, bəzi dərmanlar və hamiləlik kimi sağlamlıq problemləri ola bilər.
Bununla belə, rahat bir yuxu üçün ümidsizliyə qapılmağa ehtiyac yoxdur.
araz.az Bakupost.az-a istinadən xəbər verir ki, Amerikada yaşayan məşhur türk həkim Mehmet Öz narahat ayaq sindromu ilə mübarizə üçün təbii həll yolu təklif edir.
Yataq dəstinin altına lavanda sabunu qoyun
Hələ elmi cəhətdən sübuta yetirilməsə də, sabunun tərkibindəki natrium xloridin dəri vasitəsilə orqanizmə keçdiyi məlumdur.
Dr. Mehmet Öz, əzələ rahatladıcı xüsusiyyətləri ilə tanınan lavanda sabununun nizamlı istifadəsinin narahat ayaq sindromu ilə mübarizədə təsirli ola biləcəyini bildirir.
araz.az xəbər portalı.