Son günlər Fələstinin əl-Xəlil şəhərində yerləşən İbrahimi məscidinə onminlərlə fanatik yəhudi toplaşaraq özlərinin Çayi-Sara bayramlarını qeyd ediblər.
Felestin.info “Palinfo”-ya istinadla xəbər verir ki, Tövrat oxuma mərasimi kimi qeyd edilən bu bayram zamanı yəhudi miqrantlar spirtli içki içərək gur musiqi sədaları altında rəqs ediblər, əyləniblər.
Həzrət İbrahim peyğəmbərin (ə) qəbrinin yerləşdiyi müqəddəs məscidin direktoru Hifzi Əbu İsninə bildirib ki, ibadətgaha gecə radələrində kütləvi şəkildə basqın edən yəhudilər səhər saatlarınadək orada qalıblar.
Bu ərəfələrdə isə yerli müsəlmanlar məscidə buraxılmayıblar, yüksək səsdən ətrafda yaşayan yerli əhalinin də dincliyi pozulub. Mərasimdən sonra isə ətrafda xeyli miqdarda zibil, spirtli içki butulkaları və sair tullantılar saxlanılıb.
Xatırladaq ki, ötən ay İsrail rejimi məscidə gələn sionist təmayüllü miqrantların rahatlığının pozulmaması üçün məsciddə azan səsləndirilməsini qadağan etmişdi. Həmin ərəfələrdə fanatik yəhudilər məscid əməkdaşına və ətrafdakı sakinlərə hücum edərək xəsarət yetirmiş və ticarət obyektlərinə ziyan vurmuşdular.
araz.az xəbər portalı.