Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir.
Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev araz.az- a açıqlamasında qış aylarında havaların isti keçməsinin məhsuldarlığa mənfi təsir etdiyini bildirib:
“İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. Amma mümkün şaxta cücərmiş bitkiləri məhv edə bilər. Məhv olan, çürüyən bitkilərin isə yazda göyərməsi mümkün deyil”.
Ekspert həmçinin qeyd edib ki, havaların belə keçməsinin taxılçılığa da ziyanı var. Belə ki, isti hava zərərverici bakteriyaların və gəmiricilərin sayının artmasına şərait yaradır ki, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdəndir.
Qeyd edək ki, isti hava şəraitinin hələ davam edəcəyi bildirilir.
araz.az xəbər portalı.