1541443902_bez-nazvaniya.jpg

“Quzuların səssizliyi” filmindəki doktor Hannibal Lekterin real olduğunu yəqin ki, bir çoxları düşünüb.

Ölkə.az xəbər verir ki, əslində tarixdə belə bir insan olub. Onun adı isə Albert Fişdir. Albert Fiş tarixin ən soyuqqanlı qatili kimi tanınır.

Albert Fiş 1870-ci ilin 19 may tarixində 32 yaşlı Ellen və 75 yaşlı Rendal Fişin övladı kimi dünyaya gəlib. 5 yaşı olanda atası dünyasını dəyişib. Amma anasının maddi vəziyyəti yaxşı olmadığı üçün yetimxanada böyüyüb. Burada isə dəfələrlə işkəncəyə məruz qalıb. Uşaq yaşı olanda nəcis yeməyə başlayıb. Bir uşağı zorlamaq istəyəndə anası tərəfindən tutulub və cərimə edilib. 1910-cu ildə 35 yaşı olanda ilk cinayətini işləyib. O, 19 yaşlı bir gənci qətlə yetirib.

1920-ci ildə isə artıq 15 cinayətə imza atmışdı və özünə də müxtəlif işgəncələr vermişdi. Öz uşaqlarına ziyan vurmayan qatil onları başqa uşaqlara ziyan vurmağa məcbur edirmiş.

1927-ci ildə rəngsaz kimi işə girdiyi bir ailənin 4 yaşlı övladı Billini öldürüb. Albert meyiti doğrayıb, bəzi hissələri bişirib yeyib. 1928-ci ildə Edvard Budun iş elanına cavab verən Fiş özünü Frenk Houard adlı fermer kimi təqdim edərək ailənin etimadını qazanıb.

Onun ilk məqsədi Edvarda işgəncə verib öldürmək olsa da, sonradan ailənin kiçik qızı Qreysi görüb fikrini dəyişir. Fiş uşağı öldürdükdən sonra 9 gün onun meyitini yeyib.

Bir qadına qeyri-etik məktub göndərdiyi üçün 1931-ci ildə həbs edilərək psixiatrik xəstəxanaya yerləşdirilib. Fiş nəhayət öz səhvi ucbatından həbs edilib.

Albert Qreys Badd cinayətini işlədikdən 6 il sonra ailəyə qızlarını necə öldürdüyünü anlatdığı məktub göndərib. 1935-ci ildə keçirilən məhkəmə prosesində edam cəzasına məhkum edilib. 1936-cı ilin 16 yanvar tarixində 65 yaşlı Albert Fiş elektrikli stulda edam edilib.

araz.az xəbər portalı.