İpoteka krediti ilə mənzil almaq istəyən şəxslər paytaxtın mərkəzdənkənar rayonlarından nisbətən ucuz mənzil tapa bilərlər.

araz.az-ın  xəbərinə görə, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, qiymət baxımından yeni tikilən binalar bəzi vətəndaşlar üçün əlçatan deyil. Çünki bu zaman ev almaq istəyənlər daha çox ilkin ödəniş verirlər.

Ekspertin sözlərinə görə, hazırda metronun Neftçilər, Qara Qarayev, Əhmədli, Xalqlar dostluğu və Həzi Aslanov stansiyalarının ətrafından paytaxtın mərkəzi hissələrinə nisbətən köhnə binalardan əlverişli qiymətə mənzil almaq olar.

O, qeyd edib ki, ipoteka kredtinə müraciətlərin başlaması mənzil bazarında canlanmaya səbəb olacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək.

araz.az xəbər portalı.