Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ərəfəsində “Qarabağ”ı qəbul edəcək “Braqa” azarkeşləri rəhbərliyə əsəbləşib.
araz.az bildirir ki, fanatlar komandanın aparıcı futbolçularından biri Əl-Musratinin “Beşiktaş”a satılmasına etiraz edir və hesab edirlər ki, liviyalı oyunçunun yerini doldurmaq asan olmayacaq.
Türkiyə klubu futbolçunu almaq üçün 14,5 milyon avro ödəyib.
Qeyd edək ki, “Braqa”-“Qarabağ” matçı fevralın 15-də keçiriləcək.
araz.az xəbər portalı.