Sosial şəbəkələrdə “Xəzər-Lənkəran” futbol klubunun yenidən yaradılacağı barədə xəbərlər yayılıb. Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun bununla əlaqədar addım atdığı bildirilir.
araz.az xəbər verir ki, bu barədə Globalinfo.az-a M.Məsimovun köməkçisi Fidan Quliyeva məlumat verib.
“Mübariz Mənsimov stadionun təmiri ilə bağlı göstəriş verib. Mart ayından təmir başlanacaq. Növbəti mərhələ isə klubun bərpası ilə bağlı olacaq”, – F.Quliyeva deyib.
AFFA-dan hələlik bu barədə məlumatın olmadığı bildirilib:
“Xəzər-Lənkəran” həqiqətən də Azərbaycan futbolunda önəmli iz buraxmış bir klubdur. Bir neçə il Azərbaycan çempionatında mübarizə aparıb, amma hazırkı məqamda klubun bərpası və ya stadionun təmiri ilə bağlı məlumatımız yoxdur. Adətən, bu işlər mövsüm bitdikdən sonra müəyyən edilir. Ona görə də indidən bir söz deyə bilmərik”.
araz.az xəbər portalı.