Xərçəng peyvəndinin lisenziyalaşdırılaraq bazara çıxarılacaq vaxt açıqlanıb.

araz.az  AZXEBER.COM-a istinadən bildirir ki, on illərdir apardıqları xərçəng araşdırmalarının bəhrəsini toplamaq mərhələsində olduqlarını bildirən Prof. Şahin lisenziya ilə bağlı qərar verəcəklər.

Dəri, bağırsaq, uşaqlıq, prostat və ağciyər xərçəngi kimi 30 növ xərçəngə qarşı klinik araşdırmaların davam etdiyini, birinci və ikinci təcrübələrdə böyük müvəffəqiyyət əldə edildiyini bildirən Prof. Şahin artıq bir peyvənd hazırlamaq prosesində olduqlarını bildirib.

Xərçənglə mübarizədə son illərdə təməlqoyucu yeni tapıntıların əldə edildiyini bildirən Prof. Özlem Türeci, “Biontech olaraq bir sıra proqramlarla böyük irəliləyiş əldə etdik” deyə bildirib.

Hər xəstənin xərçəng hüceyrəsinin fərqli olduğunu və fərdi xərçəng müalicəsinə üstünlük verdiklərini izah edən Prof. Türeci, gələcəkdə kimyaterapiyaya ehtiyac olmaya biləcəyini ifadə edib.

“Biz orqanizmin öz müdafiə sisteminin xərçənglə mübarizə apara bilməsi üçün çalışırıq. Bu yolla bütün bədəni zəhərləyən kimyaterapiyaya artıq ehtiyac qalmayacaq. Kimyaterapiyalar böyük xəstəliklərin müalicəsində istifadə oluna bilən çox güclü bir üsuldur. Bununla belə, üzərində çalışdığımız üsul xərçəngdən təsirlənən bölgələrə antikorları hədəfləmək və mümkün qədər çox sağlam toxuma saxlamaqdır. Bu, gələcək dəqiq müalicələr üçün çox vacib bir yanaşma olacaq. Koronavirus müalicəsində istifadə etdiyimiz MRT-yə tamamlayıcı olaraq ADC-lərdir. ADC-lər daha böyük şiş kütlələrini parçalaya, peyvəndlər isə qalan xərçəng hüceyrələrini yox edə biləcək”

araz.az xəbər portalı.