Azərbaycanda FETÖ-yə görə saxlanılan təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Abdurahmanov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Adıçəkilən şəxslər ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb və hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
araz.az xəbər portalı.