“Avtovaz” Azərbaycanda “Lada” avtomobillərinin irimiqyaslı yığılmasını təşkil etmək üçün danışıqlar aparırə

araz.az  xəbər verir ki, bunu şirkətin rəhbəri Maksim Sokolov jurnalistlərə bildirib.

“Biz belə danışıqlar aparırıq və hazırda “Avtovaz” nümayəndə heyəti Azərbaycandadır. Onlar gələcək tərəfdaşlarımızın istehsal imkanlarına baxırlar. Ümid edirəm ki, yazda Azərbaycanda müsbət xəbərlər olacaq” – deyə Sokolov bildirib.

“Avtovaz”ın yanvarda təqdim etdiyi təqdimatda qeyd olunub ki, şirkət Azərbaycanda iri aqreqatların yığılması üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.

araz.az xəbər portalı.