“Sərhəddə aylardır davam edən sükutun pozulması sülh müqaviləsinin  imzalanmasını uzatmağa yönəlik tədbirlərdir. Sonuncu təxribat eyni zamanda Ermənistan daxilində sabitliyi pozmaq istəyən qüvvələrin maraqlarına xidmət edir. Ermənistan müstəqil dövlət deyil, vahid siyasi rəhbərliyi yoxdur. Fransadan, digər Qərb dövlətlərindən, eyni zamanda ABŞ-dən asılı vəziyyətdədir. Konkret mövqeyi olmayan bir dövlət belə təxribatlara əl atsa da layiqli cavabını aldı”. 

araz.az   bildeirir ki, bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov Ermənistan ordusunun fevralın 12-də şərti sərhəddə və Tovuz rayonu istiqamətində törətdiyi təxribatları şərh edərkən deyib. O qeyd edib ki, Azərbaycanla təhdid dili ilə danışmaq olmaz:

“Ermənistana dəfələrlə bildirmişik ki, bizimlə təhdid dili ilə danışmaq əbəsdir. Əgər gücdən istifadə etməyə davam edəcəklərsə, qarşılığı qat-qat ağır olacaq. Təbii ki, bu hadisədən sonra da Ermənistan Avropa siyasi institutlarında Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirəcək, bizim günahkar olduğumuzu sübut etməyə çalışacaq. Ancaq bunlar əbəsdir. Çünki Ermənistan ordusunun bölmələrinin hərəkət trayektoriyası, yerləşdiyi yerlər müasir kosmik aparatlarla qeydə alınıb və onların təxribat aktı törətməsi lentə alınıb. Ona görə də Ermənistan məsuliyyətdən qurtula bilməz. Bizə qarşı törədilmiş istənilən təxribatın cavabı Ali Baş Komandanın rəhbərliyi altında layiqincə veriləcək”.

Törə Zeynallı

araz.az xəbər portalı.