Bu gün Rusiya Prezidenti Vladimir Putin dünyanın hakim kəsildiyi sensasiyalı bəyanat verib.
araz.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, paytaxt Moskvada keçirilən “Gələcəyin Texnologiyaları Forumu” tədbirində çıxışında ölkəsində xərçəng müalicəsi ilə araşdırmaların müsbət sonluğa çatmaq üzrə olduğunu xüsusi vurğulayıb: “Xərçəng peyvəndi olaraq bilinən yeni nəsil immunitet sistemini tənzimləyən dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, tezliklə bunlardan fərdi müalicə üsulları kimi çox təsirli istifadə ediləcək”.
Rusiyada son 5 ildə 500-dən çox xərçəng müalicəsi mərkəzinin açıldığına diqqət çəkən Putin deyib ki, ölkədə diaqnostika, müalicə və reabilitasiya ilə bağlı yüksək standartlı şəbəkələr qurulub: “Bunun nəticəsində xəstələrin yarıdan çoxundakı onkoloji xəstəliklər ilk mərhələdə aşkarlanıb. Dediyim kimi, buna paralel olaraq xərçəngin müalicəsi üçün peyvənd istehsal etməyə çox yaxınlaşmışıq….”
araz.az xəbər portalı.