Rusiya Daxili İşlər Nazirliyi Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyevi axtarışa verib.
araz.az xəbər verir ki, bu barədə Nazirliyin məlumat bazasında deyilir.
Keçmiş deputat Rusiya Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib. Eyni zamanda, məlumat bazasında Hacıyevin konkret hansı maddə ilə ittiham olunduğu göstərilməyib.
26 may 2023-cü ildə Rusiya Ədliyyə Nazirliyi Hacıyevi xarici agent kimi tanıyıb. Bu qərarın izahatında qeyd olunur ki, sabiq deputat xaricdə olarkən başqa ölkənin vətəndaşlığını almaq üçün “xarici mənbələrlə əməkdaşlığa hazır olduğunu” bəyan edib və Ukrayna hakimiyyətinə dəstək ifadə edib.
araz.az xəbər portalı.