Şoraba və duzlu qidalara meyillilik hormonal dəyişikliklərdən xəbər verir. Hormonal pozulmalar isə xəstəliklərdən qaynaqlanır.
araz.az xəbər verir ki, həkim Yekaterina Kaşux duzlu yemək istəyinin alt səbəblərini açıqlayıb.
“Belə istək müxtəlif hormonal dəyişikliklərdən ola bilər. Bu dəyişikliyi isə yorğunluq, zob, xroniki tükənmə, menopauza yarada bilir.
Qadınlarda menstruasiya öncəsi günlərdə, hamiləlikdə, yuxusuzluq və stress zamanı duzlu qidalara hədsiz istək yaranır.
Amma bu hal bəzi xəstəliklərə də xasdır. Məsələn, Addison xəstəliyinin bir əlaməti xəstənin duzlu yemək arzusudur.
Bu zaman böyrəküstü vəzlərin işi pozulur, orqnizmdə duz-maye balansı pozulur.
Bartter sindromunda da böyrəklər zədələndiyi üçün duz anomal şəkildə bədəndən çıxarılır və orqanizm duz istəyir.
Eləcə də elektrolit defisiti, sidik sistemi xəstəlikləri və orqanizmin susuzlaşması zamanı da bədən duzlu tələb edir.
Güclü şəkildə şirniyyat istəyi mədə-bağırsaq pozulmaları, yağ defisiti və triptofan əskikliyində olur”.
araz.az xəbər portalı.